Fidashka Moderator
İsmarıc sayı : 459 Age : 36 Registration date : 2008-01-24
| : BIZ NECE QAZANDIQ BU ISTIQLALI... 29, 2008 8:46 pm | |
| BİZ NECƏ QAZANDIQ BU İSTİQLALI
Bir əsrin içində iki İstiqlal Qazandıq! Arzular həyata keçdi! Döndü həqiqətə bu şirin xəyal, Mərd xalqım azadlıq yolunu seçdi.
Azadlıq qurbansız gəlmədi başa, Özüylə nə qədər bəla gətirdi. Qara günlərinin bəd əməlləri, Bizə ağ günləri qara gətirdi.
Göstərdi özünü fitnə,xəyanət, Çəkildi xalqımın sinəsinə dağ. Göyçə,Zəngəzurdan yaralı millət, Yeni bir yara da aldı-Qarabağ.
Saysız zirvərlərə olsaq da hədəf, Dözdük nə qədər ki,dözülməliydi. Əsrlər boyunca dolaşmış kələf, Axır nə zamansa cözülməliydi.
Cözdük bu kələfi axıra qədər, Anladıq gücünü biz iradənin, Getmədi,getmədi zəhməti hədər, Böyük Məmməd Əmin Rəsulzadənin.
Azadlıq-zülməti boğan bir Günəş, Ondan çox ellərə işıq düşəcək. Azadlıq-yurduma doğan bir Günəş, Sevginlə”yarı”lar bütövləşəcək.
Yaşasın müstəqil Azərbaycanım, Gülzara çevrilsin azad Yurdumuz. Vətənsiz olmasın mənim bir anım, Qorusun vətəni şanlı ordumuz. | |
|
Taleh_Haciyev Admin
İsmarıc sayı : 246 Age : 36 Registration date : 2008-01-20
| : Dj_Hadji 30, 2008 12:22 am | |
| Azadlıq qurbansız gəlmədi başa, | |
|
Vusal Moderator
İsmarıc sayı : 436 Age : 35 Registration date : 2008-01-22
| : Re: BIZ NECE QAZANDIQ BU ISTIQLALI... 30, 2008 12:29 am | |
| Yaşasın müstəqil Azərbaycanım, Gülzara çevrilsin azad Yurdumuz. Vətənsiz olmasın mənim bir anım, Qorusun vətəni şanlı ordumuz. Eladi Fidan | |
|
Fidashka Moderator
İsmarıc sayı : 459 Age : 36 Registration date : 2008-01-24
| : Re: BIZ NECE QAZANDIQ BU ISTIQLALI... 30, 2008 3:01 pm | |
| | |
|
| : Re: BIZ NECE QAZANDIQ BU ISTIQLALI... | |
| |
|