Bizim forum
? .
Bizim forum


 
       

 

 Novruz Bayraminin Adet ve Eneneleri

  
: 4
timosh

timosh


İsmarıc sayı : 53
Registration date : 2008-02-23

Novruz Bayraminin Adet ve Eneneleri Empty
: Novruz Bayraminin Adet ve Eneneleri   Novruz Bayraminin Adet ve Eneneleri Icon_minitime 17, 2008 10:48 pm

Novruz Bayraminin Adet ve Eneneleri 2a8f07e9415f



Novruz Gelir Yaz Gelir


Novruz süfrəsi xalqın ən milli süfrəsidir. Süfrədə yeddi növ xörək olmalıdır ki, adları da “S” hərifdən başlayır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insana bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.

Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Axır çərşənbə günü çıxmamış su üstündən atdanarlar.
Axır çərşənbədə tonqal yandırarlar.
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
Axır çərşənbə sağmal malın buynuzuna qırmızı bağlarlar.
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş adamların adını çəkib filankəslərin adına qazan açdım deyib qazana bişmək üçün ət, yaxud düyü və s… tökərlər.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.

***
Axır çərşənbə günü axşamзağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

***
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir

***
Ilin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, səhərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

***
Ilin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə зatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.

***
Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

***
Bayram günü ürəyində bir arzu tutub, bütün gecəni yatmırsan. Bir ildən sonra həmin gecə tutduğun arzuya çatırsan.


Bu Novruzda"Ozunuzun Ozunuze Arzuladiginiz Arzulari Arzulayiram"
   
Fidashka
Moderator
Moderator
Fidashka


İsmarıc sayı : 459
Age : 36
Registration date : 2008-01-24

Novruz Bayraminin Adet ve Eneneleri Empty
: Re: Novruz Bayraminin Adet ve Eneneleri   Novruz Bayraminin Adet ve Eneneleri Icon_minitime 18, 2008 12:50 am

Cox sag ol Timosh,allah haminin arzularin cin elesin.AMIN cheers cheers
   
Taleh_Haciyev
Admin
Taleh_Haciyev


İsmarıc sayı : 246
Age : 36
Registration date : 2008-01-20

Novruz Bayraminin Adet ve Eneneleri Empty
: Dj_Hadji   Novruz Bayraminin Adet ve Eneneleri Icon_minitime 18, 2008 12:53 am

Deyirem axi buu gun qrupda qizlar fala baxirdi stekana su tokub saclarina nese asmiwdilar Agiz burunlarin qeweng yad eledim!!! hemiwe ki kimi dedim men axi kobudam Smile) break
   
http://hadjiev.tr.gg
Vusal
Moderator
Moderator
Vusal


İsmarıc sayı : 436
Age : 35
Registration date : 2008-01-22

Novruz Bayraminin Adet ve Eneneleri Empty
: Re: Novruz Bayraminin Adet ve Eneneleri   Novruz Bayraminin Adet ve Eneneleri Icon_minitime 18, 2008 12:58 am

Sagol teymur lazimli movzudu
   






Novruz Bayraminin Adet ve Eneneleri Empty
: Re: Novruz Bayraminin Adet ve Eneneleri   Novruz Bayraminin Adet ve Eneneleri Icon_minitime

   
 
Novruz Bayraminin Adet ve Eneneleri
   
1 1
 
-
» QERIBE EVLILIK ADET-ENENELERI...
» NOVRUZ BAYRAMINIZ MUBAREK!!!

:
Bizim forum :: Heyat ve Yaşadigimiz çevre :: Dostluq-