Ey Allahın qulları!
Allahdan qorxmanızı və ona itaət etmənizi vəsiyyət edirəm.
Ey İnsanlar!
Sözlərimə yaxşı qulaq asın.Çünki bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyimi bilirəm.
Ey İnsanlar!
Bu gününün nə günü olduğunu bilirsinizmi?Bura Bəldəi-Haramdır (Məkkədir).Bu gününüz necə müqəddəs bir gün,ayınız necə müqəddəs bir ay,şəhəriniz necə müqəddəsdirsə,bilin ki,canlarınız,mallarınız,namusunuz da müqəddəsdir.Bunlara təcavüz haramdır.
Ey əshabələrim!
Nə zamansa Allaha qovuşacaqsiniz və hal-hazır ki,hərəkətlərinizdən əmin olun ki,sorğu-sual olunacaqsınız.
Əshabım!
Hər cür faiz (riba) aradan qaldırılmışdır.İlk aradan qaldırdığım riba Əbdülmüttəlibin oğlu Abbasın verdiyi borclardır.Allahın əmri ilə artıq faiz almaq yasaqlanmışdır.Cahilliyə dövründən qalma bu çirkin adətin hər növü ayağımın altındadır.Borclular alacaqlılara yalnız aldıqları pulu ödəyəcəklər.
Nə zülm edin,nə də ki, zülmə uğrayın...
Əshabələrim!
Keçmişdə cahilliyə dövründə güdülən qan davaları da aradan qaldırılmışdır.Aradan qaldırdığım ilk qan davası Əbdülmüttəlibin nəvəsi Rəbiənin qan davasıdır.
Ey İnsanlar!
Kimin əmanəti varsa onu sahibinə versin.Bu gün şeytan sizin torpaqlarınızda yenidən nüfiz və səltənət qurmaq gücünü əbədi surətdə itirmişdir.Fəqət siz bu aradan qaldırdığım şeylər xaricində kiçik gördüyünüz işlərdə ona tabe olarsınızsa,onu sevindirmiş olarsınız.Dininizi qorumaq üçün bunlardan çəkinin.
Ey İnsanlar!
Qadınların haqlarına riayət edin.Bu xüsusda Allahdan qorxun.Siz qadınları Allahın əmanəti olaraq aldınız.Sizin qadınlar üzərində haqlarınız olduğu kimi,onların da sizin üzərinizdə haqlqrı vardır.
Əgər razı olmadığınız hər hansı bir kimsəni ailə yuvanıza alarlarsa,onları xəbərdarlıq edib bundan çəkindirə bilərsiniz.Kişilərin borcu qadınların yemə-içmə ehtiyaclarını ödəməkdir.Onlar sizin haqlarınıza riayət etsinlər.Siz də onlara nəzakətlə davranın.Bir qadının yoldaşının izni olmadıqca onun malından bir şeyi başqasına verməsi halal sayılmaz.Kölələrinizə gəldikdə isə onlarada öz yediklərinizdən yedirin,geydiklərinizdən geyindirin.Bağışlaya bilməyəcəyiniz bir xəta etsələr,əsla onlara əziyyət etmətin.Çünki onlar da Allahın quludur.
Ey mömünlər!
Sözümü yaxşı dinləyin,yaxşı anlayın...
Təbii ki,Rəbbiniz birdir.Atanızda birdir,hamınız Adəmin uşaqlarısınız,Adəm isə torpaqdandır.Heç kimsənin başqaları üzərində üstünlüyü yoxdur.Şərəf və üstünlük ancaq fəzilət ilədir.Müsəlman müsəlmanın qardaşıdır.Bütün müsəlmanlar qardaşdır,eyni haqlara sahibdirlər.Haqsızlıq etməyin,haqsızlığa da boyun əyməyin,Əhalinin haqlarını qəsb etməyin.Məndən sonra kafirlərin etdiyi kimi bir-birinizlə vuruşmayın.
Ey mömünlər!
Sizə iki əmanət qoyub gedirəm,Siz ona sarıldıqca,yolunuzu azmayacaqsınız.O əmanət Allahın kitabı və əhli-beytimdir.
Ey Əshabım!
Nəfsinizə zülm etməyin.Nəfsinizin də üzərinizdə haqqı vardır.
Ey İnsanlar!
Allah hər kəsə düşən miras haqqını Quranda bildirmişdir.Hər cani öz güünahından dolayı məsuliyyət daşıyır.Heç bir caninin işlədiyi cinayətə görə övladı məsuliyyət daşımır.Heç bir övladın da günahından dolayı atası məsuliyyət daşımır.
Ey İnsanlar!
Bir il on iki aydır.Bunlardan dördü haram aylardır.Bunların üçü arxa-arxaya Zilqaddə,Zilhiccə,Məhərrəmdir.Dördüncüsü Rəcəbdir.
Ey İnsanlar!
Allaha qulluq edin.Beş vaxt namazınızı qılın,orucunuzu tutun.Əmirlərimə itaət edin.O təqdirdə Rəbbinizin Cənnətinə girə bilərsiniz.Dində ifrata varmayın.Sizdən öncəkilərin məhv olma səbələri,onların dində ifratda olmaları idi.Həcc üsullarını məndən öyrənin.Bilmirəm bəlkə bundan sonra bir daha həcc edə bilmədim.
Bu nəsihətlərimi burda olanlar olmayanlara çatdırsınlar.Ola bilər ki,o insanlar burada olanlardan daha da yaxşı anlayaraq dini qorumuş olacaqlar.
Ey İnsanlar!
Nə zamansa məni sizdən soruşacaqlar.Nə deyəcəksiniz?Vəzifəsini layiqincə yerinə yetirdimi?
Səhabələr buna bir ağızdan "Bəli" dedilər.And içirik ki,təbliğ etdiniz.Buna şəhadət edirik.
Allah Rəsulu barmağını havaya qaldıraraq,üç dəfə;
Şahid ol Ya Rəbbi dedi.