Bizim forum
? .
Bizim forum


 
       

 

 ~~UMUDLERIM ELLERIMDE QALDI~~

  
: 2
Fidashka
Moderator
Moderator
Fidashka


İsmarıc sayı : 459
Age : 35
Registration date : 2008-01-24

~~UMUDLERIM ELLERIMDE QALDI~~ Empty
: ~~UMUDLERIM ELLERIMDE QALDI~~   ~~UMUDLERIM ELLERIMDE QALDI~~ Icon_minitime 20, 2008 11:05 pm

~~UMUDLERIM ELLERIMDE QALDI~~ 001lad11
Hər sabah hüzünlə qarışıq bir ümid var içimdə. Sənsizliyin hüznünü, yeni bir günün səni getirəcəyi ümidi ile basdırıram. Hər doğan gün yeni bir ümid, yeni bir arayış mənim üçün. Bəlkə sənə qovuşacağım zamana bir gün daha yaxınlaşıram, bu gün deyilsə sabah... Kim bilir bəlkə də yalnızca özümü ovuduram. Getdiyindən bəri həmişə yalnızlıq şeirlərinə ilişir gözüm. Tək başıma deyiləm sənsizlikdən yalnızam.
Tərk edilib getmək ən çox necə edər insanı bir mən bilirəm. Getmələrin gedənlərin arxalarında buraxdığı çarəsizlikləri, ən qatı özləmləri... Sənin gedişin bir atəş kimi çökdü ürəyimə. Heç bir yağış yetmədi içimdəki həsrət atəşini külləndirməyə. Heç bir sevgi yetmədi sənin özləmini gidərməyə. Mən hər sabah məni sənə gətirəcək yollarda gəzdim, sənin sevdiyin mahnıları söylədim yalnız. Və gəlməyişinin hər axşamında əslində doğduğunu heç anlamadığım günəşlə bərabər mən də batdım bir dəfə də...
Gecələri həmişə yatdım, yatdım; gün boyu çəkdiyim həsrəti röyalarımda bir az olsun gidərəbilmək üçün. Hər şeyə yaxşı gələn yaraları yaxşılaşdırmaq, zaman heç bu qədər ağrıtmamışhdı ürəyimi. Min bir ümidlərə sarıldığım sabahlar artıq heç doğmaz oldu. Mənim gündüzüm də, gecəm də qaranlıq indi. Əlimdə qaldı ümidlərim.
Sənsizlik elə pis bir yara oldu ki artıq, içimdə elə böyük bir boşluq açdın ki, bir gün olar da geri dönərsən öz etdiyin boşluğa sən belə yetməyəcəksən. Ora hemişə bomboş, paramparça qalacaq. Büsbütün şüşə qırıqlarıyla örtülüdü qəlbim. Nə vaxt səni düşünsəm, səni xatırladacaq ən balaca bir şey görsəm o qırıqlarla dolu yerə batmağa başlayır ürəyimə. Artıq sabahlar yalnız hüzünlə oyanıram. Heç bir şey gozləmirəm gündən. Səni belə. Varlığında sənsizliyi yaşamaqdansa içimdəki boşluqlarla, qırıqlarla, boş ümidlərimlə sənsizkən alışırım, alışmağa çalışırdım yoxluğuna... Crying or Very sad

~~UMUDLERIM ELLERIMDE QALDI~~ 20109210
   
Vusal
Moderator
Moderator
Vusal


İsmarıc sayı : 436
Age : 35
Registration date : 2008-01-22

~~UMUDLERIM ELLERIMDE QALDI~~ Empty
: Re: ~~UMUDLERIM ELLERIMDE QALDI~~   ~~UMUDLERIM ELLERIMDE QALDI~~ Icon_minitime 21, 2008 12:09 am

Eladi ellerin var olsun lol! lol! lol!
   
Fidashka
Moderator
Moderator
Fidashka


İsmarıc sayı : 459
Age : 35
Registration date : 2008-01-24

~~UMUDLERIM ELLERIMDE QALDI~~ Empty
: Re: ~~UMUDLERIM ELLERIMDE QALDI~~   ~~UMUDLERIM ELLERIMDE QALDI~~ Icon_minitime 21, 2008 12:49 am

Vusal :
Eladi ellerin var olsun lol! lol! lol!
Guyada ay Vusal oxudun xoshuna geldi)))))))))))))))))).Cox sag ol qaqam,sende var ol hemishe cheers cheers cheers
   






~~UMUDLERIM ELLERIMDE QALDI~~ Empty
: Re: ~~UMUDLERIM ELLERIMDE QALDI~~   ~~UMUDLERIM ELLERIMDE QALDI~~ Icon_minitime

   
 
~~UMUDLERIM ELLERIMDE QALDI~~
   
1 1

:
Bizim forum :: Heyat ve Yaşadigimiz çevre :: Sevgi-